Tebas La Liqanı Premyer Liqa ilə müqayisə etdi

İspaniya La Liqasının prezidenti Xavyer Tebas ölkə çempionatını İngiltərə Premyer Liqası ilə müqayisə edib.

Newsport.az “Marca”-ya istinadən xəbər verir ki, o, La Liqanın yalnız maliyyə baxımından Premyer Liqadan geri qaldığını bildirib:

“Bizim liqa Premyer Liqadan yalnız gəlirlər baxımından geri qalır. Amma beynəlxalq arenadakı nəticələrə görə biz daha yaxşıyıq”.

Cari UEFA Çempionlar Liqası mövsümündə İspaniyanı 1/4 finalda üç klub – “Real”, “Atletiko” və “Barselona” təmsil edir. İngiltərə Premyer Liqasından isə həmin mərhələdə “Arsenal”la “Liverpul” çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right