20 il sonra “Kamp Nou”da

“Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Atletiko”ya 0:2 hesabı ilə uduzub.

Newsport.az AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu 20 il sonra ilk dəfə Madrid klubuna “Kamp Nou”da uduzub. 

“Barselona” sonuncu dəfə 2006-cı ilin fevralında “Kamp Nou”da “Atletiko”ya məğlub olmuşdu -  1:3.

Qeyd edək ki, "Barselona"nın "Atletiko" ilə cavab matçı aprelin 15-də Madriddə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right