PSV "Bavariya"dan 50 milyon avro tələb edir

"Bavariya" PSV-nin futbolçusu İsmael Saybarini transfer etmək istəyir.

Newsport.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

"İnter", "Milan" və PSJ də mərakeşli hücumameyilli yarımmüdafiəçi ilə maraqlanır. Niderland klubu 25 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, İsmael Saybari bu mövsüm PSV-nin heyətində keçirdiyi 35 oyunda 18 qol vurub, 9 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right