Almaniyalı futbolçu Bundesliqa klubunu tərk edəcək

Mahmud Dahud mövsümün sonunda "Ayntraxt"dan ayrılacaq.

Newsport.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bundesliqa klubu almaniyalı yarımmüdafiəçinin 30 iyun tarixində başa çatan müqaviləsinin müddətini uzatmayacaq. 30 yaşlı futbolçu azad agent statusu ilə "qartallar"ın sıralarını tərk edəcək.

Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü olan Mahmud Dahud bu mövsüm "Ayntraxt"ın heyətində keçirdiyi 17 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right