“Fodenin mundiala yollanacağına zəmanət verə bilmərik” Tuxel

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel yarımmüdafiəçi Fil Fodenin dünya çempionatına gedəcək heyətdə yer alacağına zəmanət verilmədiyini vurğulayıb.

“Mançester Siti”nin 25 yaşlı yarımmüdafiəçisi İngiltərənin son təlim-məşq toplanışı zamanı hər iki yoldaşlıq oyununda meydana çıxıb. Komanda Uruqvayla 1-1 hesablı heç-heçədən sonra Uemblidə Yaponiyaya 1-0 hesabı ilə məğlub olub.

“Foden milli komandanın təlim-məşq toplanışında inanılmaz idi, amma bunu meydanda göstərməkdə çətinlik çəkir. Onun Dünya Çempionatına gedəcəyinə zəmanət verə bilmərəm”, – deyə Tuxel bildirib.

Yarımmüdafiəçi İngiltərə millisində 49 oyunda dörd qol vurub və on məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right