“Real” yarımmüdafiə xəttini gücləndirmək üçün müxtəlif variantlar üzərində düşünür. Madridlilərin siyahısına italiyalı oyunçu da düşüb.
Newsport.az xəbər verir ki, Eduardo Kamavinqanı satmağı planlayan İspaniya təmsilçisi təklifləri dəyərləndirəcək. “Iiverpul” və PSJ-nin fransalı oyunçuya ciddi marağı var. Amma yarımmüdafiəçinin “Çelsi”yə getməsi daha inandırıcı görünür. London klubundan Enzo Fernandesi transfer etməyə çalışan “Kral klubu” Kamavinqa əks düşərgəyə göndərməklə argentnalının keçidini asanlaşdırmaq niyyətindədir.
“Real”ın digər arzusu isə Sandro Tonali ilə bağlıdır. Nyukasl”dan ayrılmaq istəyən oyunçuya bir sıra İngiltərə klubları diqqət göstərir. Amma “Real”ın marağı onu İspanyaya köçməyə həvəsləndirib. “ağsağanlar”ın 92 milyonluq avroluq tələbi də madridlilər üçün əngəl deyil.