“Barselona”dan ayrılacaq 11 futbolçu

“Barselona” yayda heyətdə cddi islahatlara əl atacaq. İspaniya nəhəngi 11 futbolçu ilə yolları ayırmağı planlaşdırır.

Newsport.az xəbər verir ki, maliyyə durumunun ürəkaçan olmaması katalonların yüksək ödənişli oyunçuları və heyətə düşməkdə çətinlik çəkənləri yola salmasına gətirib çıxaracaq. Siyahıda kiçik korrektələr mümkündür, amma böyük ehtimalla əksəriyyətlə yollar ayrılacaq.

Mark-Andre ter Ştegen, Voyçex Şensnı, Joau Kanselu, Andreas Kristensen, Ronald Arauxo, Mark Kasado, Runi Bardaqji, Ferran Torres, Markus Reşford, Robert Levandovski və Ansu Fati vidalaşmaq ehtimalı ən real olanlardır. Onların yola salınması komandaya yeni transferlər etmək imkanı yaradacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right