"Qalatasaray" Fransa millisinin üzvü üçün təklif göndərdi

"Qalatasaray" "Milan"ın yarımmüdafiəçisi Yussuf Fofananı transfer etmək istəyir.

Newsport.az xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

İstanbul nəhəngi fransalı futbolçu üçün İtaliya klubuna 30 milyon avroluq təklif göndərib. "Sarı-qırmızılar" Fofananın özünə isə illik 5 milyon avro maaş olmaqla 4 illik müqavilə təklif edib. 27 yaşlı dayaq yarımmüdafiəçisi hələ ki "Qalatasaray"a cavab verməyib.

Qeyd edək ki, Fransa millisinin üzvü olan Yussuf Fofana bu mövsüm "Milan"ın heyətində keçirdiyi 28 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right