“Liverpul” baş məşqçisi Arne Slotla bağlı qərarı tələsmədən vermək niyyətindədir. Klub rəhbərliyi mütəxəssisin ən azı cari mövsümün sonuna qədər vəzifəsində qalacağını təsdiqləyib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, mövsüm başa çatdıqdan sonra rəhbərlik niderlandlı çalışdırıcının fəaliyyətini dəyərləndirəcək və onun gələcək taleyi ilə bağlı yekun qərar qəbul ediləcək. Bildirilir ki, hansısa titul qazanılması onun komandada qalma şansını xeyli artıracaq.
Slot 2024-cü ilin yayında “Liverpul”a baş məşqçi təyin olunub və ilk mövsümündə komandaya çempionluq qazandırıb. Ancaq cari İngiltərə Premyer Liqası mövsümü mersisaydlılar üçün uğurlu alınmır. Komanda 31 turdan sonra 49 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.