“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill İngiltərə Liqa kubokunun final matçına dəvət alıb.
Qarşılaşmada “Mançester Siti” “Arsenal”ı 2:0 hesabı ilə məğlub edib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Nevill oyunda jurnalist kimi fəaliyyət göstərib və azarkeşlərə yaxınlaşıb müsahibələr almağa çalışıb. Bu zaman “şəhərlilər”in bir fanatı ona yaxınlaşaraq təxribat törətməyə başlayıb. Azarkeş keçmiş futbolçuya qarşı kobud ifadələr işlədib və onu təhqir etməyə cəhd edib.
Ancaq Qari Nevill vəziyyətdən soyuqqanlı şəkildə çıxmağı bacarıb. O, sadəcə barmağını dodağına yaxınlaşdıraraq fanata susmaq işarəsi verib. Nəticədə, təxribatçı susmağa məcbur olub və Nevilldən uzaqlaşıb.