“Qalatasaray” legioneri ilə bağlı qərar verdi

“Qalatasaray” yeni mövsüm üçün heyətini qorumağı planlaşdırır.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “cim-bom” Mario Leminanı buraxmaq istəmir.

Türkiyə çempionu qabonlu futbolçuya yeni müqavilə təklif edib. “Qalatasaray”la müqavilə müddəti mövsümün sonunda başa çatacaq təcrübəli futbolçu özü də iş yerini dəyişmək fikrində deyil.

32 yaşlı futbolçunun müqavilə müddəti 1 illik artırılacaq.

Lemina karyerası ərzində “Loryen”, “Marsel”, “Yuventus”, “Southempton”, “Fulhem”, “Nitsa” və “Vulverhempton” klublarında çıxış edib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right