"Messinin insanlığına şübhəm var" – Anri

Fransa millisinin və "Arsenal"ın sabiq futbolçusu Tyeri Anri maraqlı fikirləri ilə diqqət çəkib.

Newsport.az-ın məlumatına görə, "Barcastuff"a danışan Anri 5-ci dəfə dünyanın ən yaxşı futbolçusu seçilən Lionel Messinin insanlığına şübhə etdiyini bildirib:

"Hər zaman demişəm ki, ən yaxşı komanda yoldaşım "Arsenal"ın sabiq futbolçusu Denis Berkamp olub. Onunla meydanda yaxşı anlaşırdıq. Messiyə gəlincə, onun insanlığına şübhə edirəm. Bu futbolçunun meydanda etdiklərinə baxdıqda adama elə gəlir ki, sanki o, heç insan deyil".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right