Ukraynanın "Dinamo” (Kiyev) klubu bir futbolçusu ilə yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi məhur futbolçusu Niko Kranjarın xidmətinə ehtiyac duymayıb. Xorvatiya milli komandasının sabiq üzvünün müqaviləsi klub tərəfindən kəğv olunub.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2012-ci ildən Kiyev təmsilçisinin şərəfinik qoruyurdu. "Tottenhem”in sabiq futbolçusu 2013-15-ci illərdə icarə əsasında İngiltərənin QPR klubunun formasını geyinib.