Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti “Botafoqo”dan ayrıldıqdan bir ay sonra yenidən atasının məşqçilər heyətinə qoşulub.
Newsport.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, o, bundan sonra Braziliya millisində atasına kömək edərək, komandanın 2026-cı il dünya çempionatına hazırlığında iştirak edəcək.
Davide Ançelottinin məşqçilər heyətində konkret hansı vəzifəni tutacağı hələlik açıqlanmayıb.
Braziliya millisi bu ay iki yoldaşlıq oyunu keçirəcək. Cənubi amerikalılar bu matçlarda Fransa və Xorvatiya milliləri ilə üz-üzə gələcəklər.
11 iyunda start götürəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək.