Roberto Karlos yenidən “Real Madrid”də!

Hazırda Hindistan çempionatında çıxış edən "Dehli Dinamos”u çalışdıran Roberto Karlos məşqçi karyerasını sabiq komandası "Real Madrid”də davam etdirməyə çox yaxındır. 
 

Newsport.az-ın məlumatına görə, bu barədə İspaniya mətbuatına açıqlamasında 42 yaşlı mütəxəssisin özü məlumat verib. O, "Real Madrid” işləməyin şərəfli iş olduğunu bildirib: "Real Madrid”də işləmək mənim üçün böyük şərəf olar. Madrid klubu ilə danışıqlar aparmışam. Vaxtım var. Cümə günü qərarımı açıqlayacağam.”
 
Qeyd edək ki, Karlosun "Real”da İdman Direktoru olacağı gözlənilir.
Nəzərinizə çatdıraq ki, Karlos 1996-2007-ci illərdə "Real Madrid”in şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right