İcarə əsasında “Bayern”də çıxış edən “Çelsi”nin hücumçusu Nikolas Cekson karyerasını İngiltərənin başqa klubunda davam etdirə bilər.
Newsport.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Tottenhem”, “Mançester Yunayted”, “Aston Villa” və “Nyukasl” 24 yaşlı futbolçunu transfer etməkdə maraqlıdırlar.
Ceksonun bazar dəyəri 45 milyon avro olaraq qiymətləndirilir. Onun londonlularla müqaviləsinin müddəti 2033-cü ilin ortalarına qədərdir.
İngiltərəli forvard cari mövsümdə 22 oyunda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun transferində maraqlı olan “Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Bakıda “Qarabağ”ı məğlub edib – 6:1. Cavab matçı fevralın 24-də, İngiltərədə keçiriləcək.