Afrika Millətlər kubokunun finalındakı qalmaqala görə 19 nəfər cəzalanıb

Afrika Millətlər kubokunun final qarşılaşmasında baş verən insidentlə bağlı 19 nəfər cəzalandırılıb. Onlardan 18-i seneqallı, biri isə Fransa vətəndaşıdır.

Hadisə ev sahibi Mərakeş milli komandası ilə Seneqal yığması arasında keçirilən həlledici oyunun son dəqiqələrində yaşanıb. Dramatik sonluqla yadda qalan matçda Seneqal yığması rəqibini məğlub edərək kuboka sahib çıxıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, matçın sonlarında Seneqalın qapısına penalti təyin olunması tribunadakı azarkeşlərin narazılığına səbəb olub. Bundan sonra onlarla azarkeş meydana daxil olaraq qarşıdurma yaradıb və oyunun gedişinə müdaxilə edib.

Hüquq-mühafizə orqanları qaydaları pozan şəxslərin müəyyənləşdirilməsində çətinlik çəksə də, sonda onların kimliyi təsbit olunub. Hesablamalara əsasən, baş verən iğtişaşlar nəticəsində stadionun infrastrukturu və təşkilati işlər üzrə 400 min avrodan çox maddi ziyan dəyib.

Buna baxmayaraq, qaydaları pozan şəxslərə tətbiq edilən cərimələrin hər biri cəmi bir neçə yüz avro təşkil edir və bu məbləğin vurulan ziyanı tam şəkildə kompensasiya etməyəcəyi bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right