Türkiyə millisinin daha bir üzvü "Yuventus"da çıxış etməyə yaxındır

Türkiyə millisinin və "Borussiya"nın(Dortmund) yarımmüdafiəçisi Salih Özcan karyerasını harada davam etdirəcəyinə hələ ki qərar verməyib.

Newsport.az "Tuttomercato"ya istinadən xəbər verir ki, türk futbolçu “Yuventus”, “Milan” və "Marsel" klublarının maraq dairəsindədir.

Lakin Özcan konkret addım atmağa tələsmir. "Borussiya" özü də onun müqavilə müddətini artırmağa çalışır.

28 yaşlı futbolçunun almanlarla müqavilə müddəti mövsümün sonuna qədər idi.

Onun daha çox "Yuventus"da oynamağa müsbət yanaşdığı iddia olunur.

O, karyerası ərzində "Köln", "Holşteyn Kiel", "Volfsburq" komandalarında oynayıb.

Qeyd edək ki, hazırda "Yuventus"un aparıcı futbolçularından biri Türkiyə millisinin üzvü Kənan Yıldızdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right