"Real"ın müdafiəçisi 1 həftə oynaya bilməyəcək

Real Madridin mərkəz müdafiəçisi Din Heysen zədə alıb. Madrid klubu futbolçunun sağ ayağının baldır əzələsində əzələ zədəsi diaqnozu qoyulduğunu açıqlayıb. “Real” bərpa müddətini rəsmi olaraq bildirməyib.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, müdafiəçi “Osasuna” ilə oyun ərəfəsində narahatlıq səbəbindən məşq etməyib və Pamplonadakı İspaniya çempionatı matçını buraxacaq. Bununla belə, klub futbolçunun Çempionlar Liqasında “Benfika”ya qarşı cavab oyununa qədər sağalacağına ümid edir.

Qeyd edək ki, Heysenin zədəsi ciddi deyil və o, 5–7 gün meydanlardan kənarda qalacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right