Qavi ağır zədədən sonra sıraya qayıdır

Ötən ilin sentyabrında aldığı zədə səbəbindən uzun müddətdir meydanlardan uzaq qalan “Barselona”nın yarımmüdafiəçisi Qavi sıraya dönməyə hazırlaşır.

Newsport.az Kataloniya klubunun saytına istinadən xəbər verir ki, Qavinin qayıdışı artıq uzaqda deyil.

O, bir müddətdir fərdi proqram əsasında məşqlərini davam etdirir və hər gün tam bərpaya bir qədər də yaxınlaşır.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik də ispaniyalı futbolçunun vəziyyəti ilə bağlı sualı cavablandırarkən əsas məqsədin prosesi tələsdirməmək olduğunu vurğulayıb.

Xatırladaq ki, Qavi cari mövsümdə cəmi 2 oyunda forma geyinə bilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right