İlin ən yaxşı qadın futbolçusu bəlli oldu

FİFA ötən ilin ən yaxşı qadın futbolçusunun adını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə FİFA-nın sorğusuna əsasən ABŞ millisinin və “Xyuston Deş” klubunun üzvü Karli Llyod ötən ilin ən yaxşısı seçilib.

Karli Llyod 2015-ci il Dünya çempionatının qalibi olub. O, final matçında het-trik edib. 

Qeyd edək ki, mükafata digər namizədlər Yaponiya millisinin üzvü Aya Miyama və almaniyalı Seliya Saşiç idi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right