“Messinin sol ayağına sahib olmaq istərdim” – Ronaldo

Madrid “Real”ının futbolçusu Kriştiano Ronaldo Lionel Messinin ardıcıl 5-ci dəfə “Qızıl top” mükafatını qazanmasına münasibət bildirib.

Newsport.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu Messinin bu ada layiq olduğunu bildirib:

“Mən də ötən ili yaxşı keçirdim. Ancaq Messi daha şanslı idi. Çünki o, ötən il mənimlə müqayisədə daha çox kubok qazanıb.  “Qızıl top” mükafatına 8-ci dəfə namizəd oluram. Deməli, burada olmağım təsadüfi deyil". 

“Messinin hansı özəlliyinə sahib olmaq istərdin” sualını Ronaldo belə cavablandırıb: “Messinin çox yaxşı sol ayağı var. Onun sol ayağına sahib olmaq istərdim”. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right