Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku xəstəxanadan evə buraxılıb.
Newsport.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.
80 yaşlı mütəxəssis fevralın 9-da geniş tibbi müayinədən keçib. Həkimlərin rəyinə əsasən, bütün analizlərin nəticələri müsbət olub və Luçeskunun xəstəxanadan buraxılmasına icazə verilib.
Gözlənilir ki, təcrübəli çalışdırıcı yaxın günlərdə yenidən işinə qayıdacaq və Rumıniya millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə yığması ilə keçiriləcək pley-off qarşılaşmasına hazırlığını davam etdirəcək. Sözügedən oyun martın 26-da baş tutacaq.
Luçesku yanvarın sonunda səhhətində yaranan problemlər və ürək narahatlığı səbəbindən təcili şəkildə xəstəxanaya yerləşdirilmişdi.