“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill “Mançester Siti”ni cari mövsümdə İngiltərə Premyer Liqasında çempionluğa daşıya biləcək üç oyunçunun adını açıqlayıb.
Newsport.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Mançester Siti”də Yoşko Qvardiol, Erlinq Haland və Canluici Donnarumma var. Elə bu üç futbolçu komandaya Premyer Liqa çempionluğunu gətirə bilər”.
“Mançester Siti” ötən həftə səfərdə hazırkı çempion “Liverpul”la qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb. Pep Qvardiolanın komandası bu nəticə ilə turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider “Arsenal”dan 6 xal geri qalır.
Nevillin sözlərinə görə, bu üç futbolçunun birliyi, eləcə də, baş məşqçi Qvardiolanın rəhbərliyi “Mançester Siti”nin çempionluq ümidlərini real və perspektivli edir.