Millimizin üzvü Bundesliqada növbəti matçını keçirdi, komandası uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin müdafiəçisi Nigar Mirzəliyevanın formasını geyindiyi "Hamburq" Bundesliqada növbəti görüşünü keçirib.

Newsport.az xəbər verir ki, bu komanda "Leypstiq"lə qarşılaşıb.

"Hamburq" bu matçda rəqibinə 1:3 uduzub.

Nigar meydana start heyətində çıxıb və 64-cü dəqiqədə əvəzlənib.

Millimizin üzvünün komandası 17 turdan sonra 10 xalla 12-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right