"Barselona"nın zədəli futbolçularından xəbər var

"Barselona"nın futbolçuları Pedri və Qavi zədələrini sağaltmaq üzrədirlər.

Newsport.az xəbər verir ki, hər iki yarımmüdafiəçi yaxın zamanda yaşıl meydanlara qayıdacaq. Bu barədə yerli mətbuat məlumat yayıb.

Qavinin növbəti həftə məşqlərə başlayacağı gözlənilir. Pedri isə ayın sonunda kollektivə qoşulacaq.

Qeyd edək ki, uzun müddətdir zədəli olan Qavi bu mövsüm cəmi 2 oyunda meydanda olub və 1 qol ötürməsi ilə yadda qalıb. Pedri Kataloniya təmsilçisinin heyətində 25 matç keçirib. 23 yaşlı yarımmüdafiəçi bu görüşlərdə 2 qol vurub, 8 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right