Ulduz futbolçu ortada qaldı: Öz klubu belə istəmir

Madrid "Atletiko”sundan getdikdən sonra özünü heç bir klubda yaxşı tərəfdən göstərməyi bacarmayan Radamel Falkao ortada qalıb. 

Newsport.az saytının məlumatına görə, Kolumbiya milli komandasının üzvünü məxsus olduğu "Monako” klubu heyətinə qaytarmaqda maraqlı deyil. 
 
İcarə əsasında "Çelsi”də çıxış edən futbolçu "Monako”ya qayıtmaq istədiyini açıqlasa da "knyazlıq” təmsilçisindən "rədd” cavabı alıb.  "Monako”nun vitse-prezidenti Vadim Vasilyev Fransa mətbuatına açıqlamasında ulduz futbolçudan imtina etdiklərini bildirib: "Falkao hazırda zədəlidi. Məlumatıma görə, 8 həftədən sonra sıraya dönə biləcək.  Bu şərtlər altında onu yenidən komandaya qaytarmağı  düşünmürük.” 
 
Qeyd edək ki, Falkao "Çelsi”dən öncə icarə əsasında "Mançester Yunayted”də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right