1 milyon avroluq kompensasiya və 1 illik həbs

“Fiorentina”nın sabiq oyunçusu Davide Astorinin ailəsi 2018-ci ildə vəfat edən futbolçunun müayinədən keçdiyi tibb müəssisəsindən 1 milyon avrodan çox kompensasiya alacaq.

Newsport.az xəbər verir ki, həkimlər heç bir ürək anomaliyası müşahidə etməyiblər, lakin sonradan məlum olub ki, oyunçu idmanla əlaqəli artan stress səbəbindən ölüb.

Ölümcül vəziyyətə görə şəxsən məsuliyyət daşıyan professor Giorgio Qalanti bir il həbsxanada yatacaq.

Astori 4 mart 2018-ci ildə Udine şəhərində, yuxuda vəfat edib. O, İtaliya liqasının “Udineze” ilə oyunundan əvvəl otel otağında ölü tapılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right