"Liverpul"un futbolçusu Vircil Van Deyk ötən gecə Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda "Qarabağ"la matçda tarixi uğura imza atıb.
Newsport.az xəbər verir ki, bu haqda "WhoScored" məlumat yayıb.
34 yaşlı müdafiəçi sözügedən görüşdə 3 qol ötürməsi verib. Nəticədə Van Deyk ÇL-də 1 matçda 3 məhsuldar ötürmə edən ilk mərkəz müdafiəçisi olub.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyununda meydan sahibləri 6:0 hesablı qələbə qazanıblar. Buna baxmayaraq, Ağdam təmsilçisi turnir cədvəlini 22 sırada başa vuraraq pley-offa adlayıb.