"Barselona"nın futbolçusu Lionel Messi bu mövsüm La Liqada ilk het-trikə imza atıb.
Newsport.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu, 18-ci turda "Qranada"ya qarşı matçda baş verib. Argentinalı hücumçu 8, 14 və 58-ci dəqiqələrdə fərqlənib. Bu, onun, cari mövsümdə ölkə çempionatında ilk het-triki olub.
Qeyd edək ki, Messi ötən mövsüm La Liqada "Sevilya", "Espanyol", "Deportivo" və "Levante" ilə matçlarda 3 qol vurub.