"Barselona" İspaniya La Liqasında növbəti oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, Kataloniya klubu 18-ci turda doğma meydanda "Qranada" ilə qarşılaşıb. Matç Luis Enrikenin komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Barselona" - "Qranada" - 4:0
Qollar: Lionel Messi, 8 (1:0), 14 (2:0), 58 (3:0), Neymar, 83 (4:0)
Bu qələbə ilə xalını 42-yə yüksəldən "Barselona" turnir cədvəlində ilk pilləyə irəliləyib. "Atletiko" 41 xalla ikinci, "Real" 37 xalla üçüncü pillədə qərarlaşıb.