"Tottenhem"in çalışdırıcısı Maurisio Poçettino Harri Keyn haqda danışıb.
Newsport.az-ın məlumatına görə, gənc mütəxəssis Keynin komandada qalacağını bildirib: "Keyn dünyanın ən güclü hücumçularından biridi. Onunla qrand klubların maraqlanması məni təəccübləndirmir. Ancaq Harri satılmır, o, özü komandada qalmaq istəyir".