"Roma" və "Latsio" mərakeşli hücumçunu istəyir

Mərakeş millisinin hücumçusu Ayub El Kaabi karyerasını İtaliya və ya Fransada davam etdirə bilər.

Newsport.az “Tuttomercato”ya istinadən xəbər verir ki, 32 yaşlı forvardın xidmətində “Latsio” və “Roma” klubları maraqlıdır.

Onlarla yanaşı mərakeşli futbolçunu “Marsel” də heyətinə qatmaq istəyir.

El Kaabinin “Olimpiakos”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Ayub “Raja Kasablanka”, “Hebey”, “Vidad Kasablanka”, “Hatayspor”, “Əl-Sədd” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right