Niderland klubu baş məşqçini istefaya göndərdi

"AZ Alkmar" baş məşqçi Maarten Martenslə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. Gənclər komandasının baş məşqçisi Liroy Exteld mövsümün sonuna kimi əsas komandanı çalışdıracaq.

Qeyd edək ki, "AZ Alkmar" Niderland çempionatında 18 turdan sonra 28 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right