“Tottenhem” Xabi Alonsonu baş məşqçi vəzifəsinə gətirmək istəyir.
“The Independent” qəzetinin məlumatına görə, Alonso karyerasını davam etdirmək üçün digər variantları nəzərdən keçirmək fikrindədir. “Tottenhem” rəhbərliyi baş məşqçi Tomas Frankın mümkün istefası ilə bağlı daxili danışıqlara başlayıb.
Qeyd edək ki, “Ayntraxt”ın da Alonso ilə maraqlandığı bildirilir.
“Tottenhem” Premyer-Liqanın 22 turundan sonra 27 xalla turnir cədvəlində 14-cü yerdədir.