“Yuventus” “Mançester Yunayted”dən 30 milyon avroluq təklif gözləyir

“Yuventus”un müdafiəçisi Pyer Kalulu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” fransalı futbolçuyla müqavilə imzalamaqda maraqlıdır. “Qırmızı şeytanlar” 25 yaşlı müdafiəçi üçün təxminən 30 milyon avro təklif edərsə, Turin klubu onu satmağa razı olacaq. Oyunçunun transferiylə, eyni zamanda, “Tottenhem” və “Aston Villa” da maraqlanır.

Kalulunun “qoca sinyora” ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right