“Roma”nın hücumçusu Paulo Dibala tezliklə klubunu dəyişə bilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Boka Xuniors” futbolçuyla maraqlanır. Oyunçunun özü də vətəninə qayıtmaqda və Argentina klubuna qoşulmaqda maraqlıdır. O, bu variantı özünün əsas prioriteti hesab edir. “Roma” Dibala üçün 2-3 milyon avro tələb edir. “Boka Xuniors” isə bu müqaviləni həyata keçirə biləcəyinə əmindir.
32 yaşlı forvardın İtaliya klubu ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. O, bu mövsüm 19 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.