"Qəbələ" I Liqa klubuna böyük hesabla qalib gəldi

Misli Premyer Liqada mövsümün ikinci hissəsinə hazırlaşan "Qəbələ" daha bir yoxlama oyunu keçirib.

Newsport.az xəbər verir ki, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv I Liqa təmsilçisi olan "Baku Sportinq"lə üz-üzə gəlib.

Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan matçda "Qəbələ" rəqibini 7:1 məğlub edib.

"Qəbələ"nin qollarını İsmahel Akinade(dubl), Murad Musayev, Eşqin Əhmədov, Nicat Əliyev, Xayme Sierra və Salihu Nasiru vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right