Mövsümün ortalarında paytaxtın "Rəvan” klubundan göndərilən Alibobo Rahmatullayevin yeni iş yeri bəlli olub.
Newsport.az saytının məlumatına görə, tacikistanlı futbolçu karyerasını Özbəkistanda davam etdirəcək. Yarımmüdafiəçi "Tobol” klubu ilə anlaşıb.
Qeyd edək ki, mövsümün əvvəlində "Rəvan”a cəlb olunan futbolçu paytaxt klubunun heyətində 4 oyun keçirmişdi.