Paketa vətənə qayıdır

Lukas Paketa Braziliyaya qayıtmaq istəyir. Yarımmüdafiəçi “Flamenqo”da oynamaq arzusundadır.

Newsport.az xəbər verir ki, 28 yaşlı oyunçu “Ves Hem”də xoşbəxt deyil. Daha güclü Avropa klubuna keçə bilməyən Paketa iki il öncə “Mançester Siti”yə satılmamasından da məyusdur. İndi isə Səudiyyə Ərəbistanından bir neçə tklif almasına rəğmən, o, vətənə dönməyi hədəflləyib.

İngiltərə mətbuatının yazdığına görə, Lukas artıq yetirməsi olduğu “Flamenqo” ilə şəxsi müqavilənin detallarını razılaşdırıb. London klubu isə yarımmüdafiəçi üçün 35 milyon avro tələb edir.

Paketa 2022-ci ilin yayında Lion “Olimpik”indən 43 milyon avroya alınmışdı. Onun “Vest Hem”lə müqavləsi növbəti mövsümün sonunda bitir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right