"Milan"ın yarımmüdafiəçisi "Qalatasaray"a keçə bilər

"Milan"ın yarımmüdafiəçisi Yussuf Fofana karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Newsport.az xəbər verir ki, "Qalatasaray" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

"Sarı-qırmızılar"In nümayəndələri Fofananın keçidini yekunlaşdırmaq üçün İtaliyaya yollanıb. 27 yaşlı dayaq yarımmüdafiəçisinin "Qalatasaray"a keçmək ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, "Milan" Yussuf Fofananı 2024-cü ilin yayında "Monako"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right