Belçika millisinin müdafiəçisi "Monako"da

"Lester Siti"nin müdafiəçisi Vaut Faes karyerasını Fransada davam etdirəcək.

Newsport.az xəbər verir ki, "Monako" belçikalı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı mərkəz müdafiəçisi mövsümün sonuna kimi Liqa 1 təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, "Lester Siti" Vaut Faesi 2022-ci ilin yayında "Reyms"dən transfer edib. Belçika millisinin üzvü bu mövsüm "tülkülər"in heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right