"Bavariya"da ciddi itki 3 həftə oynamayacaq

Almaniyanın "Bavariya" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, son çempionun müdafiəçisi Yosip Stanişim sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı futbolçu Bundesliqanın 16-cı turunun "Volfsburq"la matçında (8:1) zədələnib. 25 yaşlı sağ cinah müdafiəçisinə sağ ayağının topuğunda bağ zədəsi diaqnozu qoyulub. Oyunçunun sağalması təxminən üç həftə çəkəcək.

Qeyd edək ki, Yosip Stanişiç bu mövsüm "Bavariya"nın heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right