Xabi Alonso İspaniya Superkubokunun finalındakı məğlubiyyətdən sonra ötən gün “Real”ı tərk edib. Bu ayrılıq fonunda Türkiyə millisininin üzvü Arda Gülər sosial şəbəkədə paylaşım edib.
Gənc futbolçu Alonsonun ilk gündən ona güvəndiyini və məsuliyyət verdiyini xüsusi qeyd edib. Arda bildirib ki, hər bir söhbət, verilən hər detal və tövsiyə onun oyun üslubunun formalaşmasına təsir göstərib. O, məşqçinin qarşısına qoyduğu tələblərin özünü yeni səviyyəyə daşıdığını vurğulayıb. Paylaşımda Alonsoya təşəkkür edən futbolçu bu etimadı heç vaxt unutmayacağını bildirib.
Xatırladaq ki, “Real” ötən gün Xabi Alonso ilə müqaviləni qarşılıqlı razılaşma əsasında pozub. Çalışdırıcı ulduz oyunçularla dil tapa bilmədiyi üçün özü getmək istəyib. Onu Alvaro Arbeloa əvəz edib.