“Fiorentina”dan Səudiyyə Ərəbistanına

İtaliyanın “Fiorentina” klubunun futbolçusu Pablo Mari karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Newsport.az xəbər verir ki, “Əl-Hilal” 32 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb.

İspaniyalı oyunçu 2025-ci ilin yanvarında Florensiya təmsilçisinə keçmişdi. O, bu mövsüm bütün turnirlərdə 16 matça çıxıb.

Qeyd edək ki, Pablo Mari İngiltərədə “Arsenal”, “Mançester Siti” kimi klubların formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right