Baş məşqçi Xabi Alonsonun xahişinə baxmayarq, “Real” yanvar transfer pəncərəsində heyəti gücləndirməyi düşünmür.
Newsport.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Alonso yarımmüdafiə xəttini gücləndirmək istəyir. Ancaq “kral klubu”nun rəhbərliyi bu qış yeni transferlər reallaşdırmaq niyyətində deyil.
“Real” cari mövsümdə La Liqanın 19 turundan sonra 45 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır. Bu iki komanda yanvarın 11-də, İspaniya superkubokunun finalında üz-üzə gələcək.