Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov İspaniya Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Las-Palmas"a qarşı oyunda "Eybar"a kömək edə biləcək.
Newsport.az-ın məlumatına görə, İspaniya mətbuatı futbolçumuzun bu görüşə start heyətdə başlayacağını iddia edir.
Qeyd edək ki, Eddi zədədən yenicə qayıdıb. O, son dövrlərə kimi meydana çıxa bilmirdi.