Levandovski Səudiyyə Ərəbistanı klubuna keçməyəcək

“Barselona”nın hücumçusu Robert Levandovski qış transfer pəncərəsində Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçməyəcək.

Newsport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Əvvəlcə Levandovskinin “Əl-Hilal”a keçə biləcəyi və əvəzində müdafiəçi Joao Kanselo ilə dəyişdiriləcəyi barədə xəbərlər yayılmışdı. Ancaq polşalı forvard mövsümün sonuna qədər “Barselona”da qalmaq niyyətindədir.

Levandovski 2022-ci ildən Kataloniya klubunun şərəfini qoruyur. O, cari mövsümdə bütün turnirlərdə 19 oyuna çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə verib. 37 yaşlı hücumçunun klubla müqaviləsinin müddəti yaya kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right