“Liverpul”un hücumçusu Federiko Kyeza ilə bağlı İtaliya çempionatının iki klubu məlumat əldə etmək üçün sorğu göndərib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı oyunçu “Liverpul”da qalmaq istəsə də, komandada kifayət qədər oyun vaxtı ala bilmir. Əvvəllər “Roma” və “Napoli” də onunla maraqlanıb.
28 yaşlı futbolçu gələcəyi ilə bağlı qərar verməyib.
Kyeza cari mövsümdə bütün turnirlər daxil olmaqla 18 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib. Ümumilikdə 392 dəqiqə meydanda olan oyunçunun “qırmızılar”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.