İngiltərə klubu Torres üçün 60 milyon avro ayırmağa hazırdır

“Barselona”nın hücumçusu Ferran Torres karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az “Futbol del Sr. Destrangis”-ə istinadən xəbər verir ki, “Aston Villa” 25 yaşlı futbolçu üçün Kataloniya klubuna 60 milyon avrodan artıq məbləğ təklif etməyə hazırdır.

İddiaya əsasən, ingilislərin baş məşqçisi Unay Emeri komandanın hücum xəttini gücləndirmək istəyir və klub rəhbərliyi bu məqsədlə təxminən 60 milyon avro büdcə ayırmağa razıdır. Həmin vəsaitin əsas namizədi isə məhz Ferran Torresdir.

İspaniyalı futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 22 oyunda meydana çıxıb, 13 qol vurub və 1 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right